Я выбираю :)

https://www.youtube.com/watch?v=6ErUy89j3g4

Я выбираю мираж
Я снова выбираю мираж
Знаю я, сердце твоё молчит
Значит лечу, как на пламя свечи
Да, любовь, я выбрал любовь
Пусть все знают, что это проигранный бой
Но опять не хочу перемен
Я в плену этих стен, это сладостный плен
Всё сметая с пути.
Я хотел бы уйти.
Чтобы рваные дни, не болели в груди.
Чтоб ушла пелена.
Что в мире ты одна.
Но знаю я лучше тебя не найти.

Я выбираю любовь.
В огром мире чистых листов.
Где начать по-новому жить совсем.
Я мог бы пытаться не раз.
Но зачем?
Тебя рисовать.
Я хочу больше жизни тебя рисовать.
В свете дня.
Но опять пелена.
У тебя для меня.
Только краски огня.

Həyat təcrübəmdən ..

Təxminən hər şey fevral ayından başlamışdı.. mənim mənəvi boşluqda olduğum, içimdəki sıxıntının çıxıb getməsini istəməyimdə o vaxtdan başladı. niyə o cür olmuşdu, səbəbi özümə qalsın.. amma əsas məsələ mən buna çarə axtarırdım.. canım yanırdı sanki, nəfəsim kəsilirdi, içimdə olan sıxıntı, boşluq.. amma bir tərəfdəndə mən bilirdim ki, mən güclü insanam həyatda üstəsindən gələ bilmədiyim heç bir şey yoxdur 🙂 mənəvi boşluğumu aradan qaldımaq üçün bir qərar qəbul etməli idim həmin vaxt.. nə etməliyəm ki, içimdə bu sıxıntım, qəlbimdəki narahatçılığı necə sıxışdırıb aradan qaldırım?! hə bu arada həmin vaxt magistraturaya hazırlaşdığım vaxt idi. ilk başda düşünürdüm ki, “tərsliyə bax, mənim həyatımın ən vacib anda başıma bunlar gəlir” və mən bunu pis qarşılayırdım. Lakin, özümdə həmişə sevdiyim xüsusiyyət, məni tanıyanların “yaxşı tanıyanların” mənim haqqımda həmişə dedikləri özəlliyim “mən, həmişə ən pis anda belə gülümsəyib, heç bir şey olmamış kimi həyatıma davam edən həmin güclü qızam” ifadəsi sanki yerindəcə işə yaradı və mən həmin vaxt qərar qəbul etməli olduğumu anladım.. ilk əvvəllər çətin idi, lakin  zamanla o sıxıntıma ayırmağa vaxt belə tapa bilmədim .. Mən magistr olmalıyam, baş verən hər hansısa bir sıxıntım, narahatçılığım mənə mane olmamalıdır deyə düşündüm və qərarımın dalınca getdim 🙂 həmin zamanlarda belə bir məqalə oxumuşdum “Böyük alim Paster demişdir ki, “ruhi rahatlığı kitabxana və laboratoriyalarda əldə etmək olar.” Bəs nəyə görə məhz orada? Çünki insanlar kitabxana və laboratoriyalarda işlədikdə öz elmi problemləri ilə o qədər dərindən və ciddi məşğul olurlar ki, narahatçılıq hissi keçirməyə vaxtları olmur. Alimlər az hallarda əsəb sarsıntıları keçirirlər. Onların belə “israfçılığa” vaxtları çatmır.” hə bir az alimlik eşqinə düşmüşdüm həmin vaxt ))) o eşqimin sonunda nə oldu yəqin ki, maraqlıdır. 🙂 mən demək olar ki, zamanımın çox hissəsini dərslərimə verdim, universitetimin 2-ci semestrini əlacı bitirdim, hal-hazırda da magistra qəbul oldum 🙂 anladığım bir şey “əgər biz hər hansısa ,fərqi yoxdur nə olursa olsun mənfi auraya düşmək istəmiriksə həmin vaxt mütləq özümüzü əməyə sərf etməliyik, bütün zamanımızı”

Əgər biz işlə məşğul deyiliksə və oturub qəm-qüssəyə dalmışıqsa, bu vaxt bizi “güruh” varlıqlar yad edir, hansı ki, bunları Çarlz Darvin “məyusluq ruhları” adlandırmışdır. “Bu ruhlar bizim fəaliyyət bacarığımızı iradə azadlığımızı məhv edən, qəlbimizdə boşluq yaradan və bizə çoxdan məlum olan qəzəbli “qnomlardır.”

Nə üçün məşğulluq kimi sadə bir şey narahatçılığın sıxışdırılıb aradan qaldırılmasına kömək edə bilir? Bu, insan psixologiyasından doğan əsas qanunlardan biri ilə izah edilir. Bu qanun belə səslənir: “hər hansı insan ağlı üçün, hətta ən parlaq zəka sahibinin təfəkkürü üçün də, eyni zaman müddətində, eyni vaxtda çoxlu məsələ haqda düşünmək qeyri-mümkündür.” Siz buna tamamilə inanmırsınız? Nə olar ki, gəlin elədirsə, bir təcrübə keçirməyə cəhd göstərək.
Təsəvvür edin ki, siz kürsüdə gözlərinizi qapayaraq əyləşmişsiniz və çalışırsınız ki, eyni anda “Azadlıq heykəli” barədə və sabah səhər nə edəcəksinizsə, o haqda düşünməyə cəhd göstərirsiniz (çalışın belə bir təcrübəni öz üzərinizdə sınaqdan keçirəsiniz).
Siz dərk etdinizmi ki, bu və ya digər iki məsələ haqda eyni anda düşünmək olmur; bunlar haqqında ancaq növbə ilə düşünmək mümkündür. Əlbəttə ki, bu hal bizim emosiyalarımızın (hisslərimizin) sferasına xas olan bir əlamətdir. Biz maraqlı bir işə görə ruh yüksəkliyi, entuziazm və eyni bir zamanda hər hansı başqa məsələ üçün isə bədbin, pərişan ola bilmirik. Bir sözlə beynimizdən bir hiss digərini sıxışdırıb çıxarır. Məhz bu sadə bir kəşf müharibə zamanı orduda işləyən psixiatrlara vuruşan əsgərlərin xariqüladə şücaət və qəhrəmanlıqlar göstərmələrinə imkan yaratmışdır.
Əsgərlər döyüş meydanlarında dəhşətli səhnələrdən qayıtdıqda onları “ruhi” xəstələr adlandırırdılar. Hərbi həkimlər onlara dərman əvəzinə işlə məşğul olmaq təyinatını verirdilər.
Beləliklə, döyüş zamanı həyatları lərzələr və sarsıntılarda yaşanılmış bu insanların istirahət etməli vaxtlarının hər dəqiqəsi hər hansı bir yaradıcılıq fəaliyyəti və çalışmaları ilə əvəz edilirdi. Adətən, bu məşğuliyyətlər açıq havada aparılırdı. Onlar balıq tutmaqla, ov etməklə, top oyunu ilə, qolfla, foto şəkilləri çəkməklə, bağçılıqla məşğul olur və rəqs etməyə gedərdilər. Vuruşda keçirdikləri dəhşətli anları yada salmağa onların vaxtları belə qalmazdı.
Psixiatriyada istifadə edilən “əməklə müalicə” termininin mahiyyəti ondan ibarətdir ki, dərman əvəzinə iş təklif olunur. Əlbəttə bu, yenilik deyildir. Eramızdan beş yüz il əvvəlki yunan həkimləri də əməklə müalicə təyinatı verirdilər.
Ben Franklinin dövründə kvakerlər (kilsə mərasimini inkar edən xristianlar) əməklə müalicədən istifadə edirdilər. 1174-cü ildə kvakerlərin sanatoriyasına gəlmiş bir nəfər ruhi xəstələrin kənəf əyirdiklərini gördükdə çox təəccüb etmişdi. O düşünmüşdü ki, “yazıqları istismar edirlər.” Kvakerlərdən biri ona belə izah etmişdi ki, bu fəaliyyət növü ilə məşğul olmağa məcbur edilən xəstələrin vəziyyəti xeyli yaxşılaşmışdır. Bu üsul əsəbləri sakitləşdirir.

Corc Bernard Şou haqlı idi. (bu arada Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856 — 2 noyabr 1950) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. İrland dramaturqu və tənqidçisi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baхımından seçilən 60-dan çoх pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çoх diqqət yetirmişdir.Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi.). O, deyirdi: “Bizim bədbəxtliyimizin sirri ondadır ki, “həyatda xoşbəxtik və yaxud deyilik” mövzusunda düşünüb-daşınmaq üçün asudə vaxtlarımız olduqca çox olur.” Gəlin bu haqda düşünməyi tərk edək! Çırmalanaq və işlə məşğul olaq, bu halda sizin qanınız damarlarınızda normal dövr etməyə başlayacaqdır; beyniniz sürətlə işləyəcək və tezliklə sizin həyat tonusunuz yüksələcək, narahatçılığınızı unutmaqda sizə kömək edəcəkdir. Məşğul olun! Həmişə məşğulluğunuzda qalın. Bu, dünyada ən ucuz dərmandır, özü də yaxşıların ən yaxşısıdır.

Sizə yeni təzəlikcə tapdığım bir məqalədən bir neçə hissəsini copypaste etmək istərdim. Bu məqalə Deyl Karnegiyə aiddir. Bu arada Deyl Karneginin kitabları, fikirlər, məqalələri həyatımda xüsusi yerə malikdi.

Buyurun bir neçə məqaləni oxuyun ruhunuz dincəlsin 😉

Bir neçə il bundan qabaq Marion C.Duqlasın öz həyatı barədə söylədiyi gecəni mən heç vaxt unutmayacağam. O, mənim kurslarımda iştirak edirdi (şəxsi mülahizələrilə bağlı kimliyini bildirmək istəmədiyi üçün onun əsl adını çəkməyəcəyəm).
Onun bir dəfə məşğələ zamanı söylədiyi həqiqi əhvalat belə olmuşdur: Ona bir dəfə yox, birdən-birə iki dəfə faciə baş vermişdir. O dedi: birinci dəfə mənim həddən artıq sevdiyim beş yaşlı qızımı itirdim. Mən və həyat yoldaşım düşünürdük ki, bu böyük kədəri çəkib qurtara bilməyəcəyik. Lakin on ay keçdikdən sonra Allah bizə başqa bir qızcığaz bəxş etdi, ancaq o da beş gündən sonra öldü.
Bu ikiqat zərbə bizi sarsıtdı. Mən buna dözə bilmirdim. Mən nə yeyə bilir, nə dincəlir, nə də təskinlik tapa bilirdim. Mənim əsəblərim tamamilə sarsılmış və həyata inamım itmişdi.
Nəhayət o, həkimlərə müraciət etdi. Onlardan biri yuxu dərmanını, digəri səyahətə çıxmağı təklif etdi. Amma o, hər iki tövsiyəni yerinə yetirməkdən boyun qaçırdı. Ona heç nə kömək etmirdi. O deyirdi: “Mənə elə gəlirdi ki, bədənimi məngənədə get-gedə bərk-bərk sıxırlar.” Onu qəm-qüssə bürümüşdü. Əgər siz nə vaxtsa qüssə nəticəsində mənəvi cəhətdən sarsılmışsınızsa, onda siz onun nə kimi hisslər keçirdiyin anlayırsınız.
“Lakin Allaha çox şükürlər olsun ki, mənim dörd yaşlı oğlum sağ idi. Onun varlığı problemlərimin həllinə kömək etdi. Bir dəfə mən kimsəsiz, zavallı və pərişan halım barədə dalğın vəziyyətdə düşünərkən oğlum mənə dedi: “Ata, sən mənim üçün qayıq düzəldərsən?” Mənim qayıq düzəltməyə heç bir həvəsim yox idi. Əslində, mən heç nə edə bilməzdim. Oğlum isə çox inadcıl uşaq idi. Mən təslim olmaq məcburiyyətində qaldım.
Oyuncaq qayığın düzəlməsinə üç saat vaxt sərf etdim. Qayıq hazır olandan sonra mən bir çox aylar ərzində ilk dəfə ruhi dinclik hiss etdim.
Bu kəşf məni letargiya vəziyyətindən çıxardı və hadisələrin gedişini dərk etməyə vadar etdi. Bir neçə ay müddətində ilk dəfə idi ki, mən düşünə bilirdim. Mən artıq dərk etdim ki, biz insanlar planlaşdırma və ətraflı fikirləşmə ilə bağlı fəaliyyət göstərəriksə, narahatçılıq aradan qalxır.
Beləliklə, qayığın düzəldilməsi mənim dərdlərimi yoxa çıxardı. Mən həmişə məşğul olmağıma qərar verdim. Növbəti axşam mən artıq otaqlarda gəzişərək görəcəyim işlərin siyahısını tərtib edirdim. Kitab şkaflarını, pilləkənin pillələrini, ikinci lay pəncərə çərçivələrini, qapı dəstəklərini və suyu süzülən kranı təmir etmək lazım idi. Təəccüblü olsa da, iki həftə ərzində mən görüləsi 242 iş aşkar etdim.
Axırıncı iki ildə onların əksərini yerinə yetirdim. Bundan başqa, mən həyati fəaliyyətimə təkan verən, onu nizamlayan işlərlə məşğul olurdum. Həftədə iki dəfə Nyu-Yorkdakı yaşlıların kurslarında iştirak etməyə başladım. Mən artıq öz doğma şəhərimdə ictimai işlərlə də məşğul olur, həm də məktəblər üzrə idarəetmə komissiyasına sədr seçilmişdim. Bundan əlavə qırmızı aypara cəmiyyəti fondunun üzvlük haqlarının yığılmasına da köməklik göstərirdim. Digər fəaliyyət növləri ilə də o qədər məşğul idim ki, narahatçılıq keçirmək üçün heç vaxtım yox idi. Narahat olmaq üçün vaxtım qalmırdı.

Hər hansı bir mütəxəssis-psixiatr təsdiq edir ki, əmək fəaliyyəti ilə yerinə yetirilən iş əsəb xəstəlikləri üçün ən əhəmiyyətli çarələrdən biridir. Bunu Henri U.Lonqfello öz cavan arvadını itirdikdə dərk etmişdi. Necə oldusa bir dəfə onun arvadı bir tikə surquncu alışqan ilə əritmək istədikdə onun paltarı dərhal alışır və yanır.
Lonqfello arvadının qışqırığını eşidir və ona kömək etmək istəyir. Heyhat, artıq gec idi. O, aldığı yanıqdan ölür. Bu dəhşətli hadisədən sonra Lonqfello bir neçə müddət o qədər iztirab çəkir ki, az qalır dəli olsun. Xoşbəxtlikdən o, üç kiçik uşağının qayğısını çəkə bildi. Kədər içərisində olmasına baxmayaraq, Lonqfello onlara həm ata və həm də ana oldu. O, uşaqlan ilə gəzməyə gedər, onlara maraqlı əhvalatlar danışar və onlarla oynayar. “Uşaq saatları” adlı ölməz poemadan söhbətlər edərdi. O zamanlar o, Dantedən tərcümə ilə məşğul olurdu. O, daim işlə məşğul olduğundan öz dərdini unudurdu. Ruhi sakitliyinə yalnız bu yolla nail ola bilirdi. Tenni sonun ən yaxın dostu Artur Xallamı itirdikdə demişdi: “Mən çoxsahəli fəaliyyətlərimin içərisində itib batmalıyam, əks təqdirdə mən bu dərddən əriyərəm.”
Bizim əksəriyyətimiz “fəaliyyətlərimizin içərisində itib-bata bilərik. Axı biz hər gün işdə istirahətsiz çalışır və daim vurnuxuruq. Lakin işdən sonra isə ən təhlükəli boş-bekar saatlarımız başlanır. Bununla belə biz istirahət vaxtlarımızda xoşhallanır və ən xoşbəxt sandığımız anlarda isə bizi iblis narahatçılığa təhrik edir, sürükləyir. Axı məhz həyatımızın bu anlarında biz heç nəyə nail ola bilmir və “yerimizdə sayırıq, deyib-düşünürük, bəzən də heç bir bəhanə olmadıqda belə özümüzdən nəsə uyduraraq düşünürük ki, “Əgər rəis danlayırsa o bunu pis niyyətlə edir.” Ona görə də əzab çəkirik və qocaldığımız üçün heyfsilənirik.
Biz məşğul olmadığımız anlarda isə beynimiz “vakuum” halı­na meylli olur. Hər bir tələbə-fizik dərk edir ki, “təbiət boşluğu sevmir”. Necə ki, elektrik lampasını sındırdıqda təbiət bayaq boşluq olan sferaya (sahəyə) partlayışlı səslə hava doldurur.
Təbiətin bu qanunu həmin tərzdə beynimizdə yaranmış fikir boşluğunu doldurmağa çalışır. Nə ilə? Bir qayda olaraq mənfi emosiyalarla, naqis fikirlərlə. Nə üçün? Ona görə ki, narahatçılıq və qorxu nəticəsində ki, qəzəb, qısqanclıq və paxıllıq ibtidai icma dövründə olduğu tək qüvvə və “cəngəlliyin dinamik enerjisi” ilə hərəkətə gəlir. Belə emosiyalar o qədər güclü olur ki, onlar ruhumuzdan sakit, xoşbəxt fikirləri və xoş hissiyyatları dərhal sıxışdıraraq çıxarır.

Kolumbiya dairəsi üzrə müəllim kollecinin professoru Ceyms L.Marsell bu fikri çox yaxşı ifadə etmişdir. “Narahatçılıq ən çox fəaliyyətdə olduğunuz zamanda deyil, gündüz əməyimiz bitdikdən sonrakı vaxtlarda bizi didir, dağıdır və bizə əzab verir. Bu zaman təsəvvürünüz sizi cəfəng xülyalara gətirib çıxarır, guya siz həyatınızda artıq müvəffəqiyyətsizliyə uğramısınız və beləliklə kiçik bir səhvinizin şişirdilməsinə çalışırsınız. Bu zaman sizin beyniniz yüksüz işləyən mühərrikə bənzəyir. Belə halda mühərrik dəlicəsinə artan bir sürətlə işlədiyindən mühərrikdə diyircəkli yastıqların yanması və mühərrikin tam dağılıb sıradan çıxması təhlükəsi yaranır. Narahatçılıqdan müalicə olunmaq üçün yalnız konstruktiv nə isə yaratmaqla tam məşğul olmaq lazımdır. Bu həqiqəti dərk etmək və təcrübədə tətbiq etmək üçün kollecdə professor olmaq vacib deyildir.
Müharibə zamanı mən Çikaqodan bir evdar qadınla tanış olmuşdum. O, belə qənaətə gəlmişdi ki, narahatçılıqdan azad olmaq üçün insan öz qüvvəsini və bütün vaxtını işlə məşğul olmağa sərf edərsə, bu onun yeganə dərmanıdır. Mən bu qadın və onun əri ilə Nyu-Yorkdan öz firmama gedərkən vaqon-restoranda tanış olmuşdum (çox təəssüf ki, onun adını soruşmamışdım. İnsanların ünvanlarını və adlarını demədən onlar barədə misal söyləmək adətim deyildi. Belə ətraflı şərh edilən yazılı məlumat hadisənin həqiqiliyinə inamı artırır).

Onlar belə söylədilər ki, oğlanları Perl-Xarbordan bir gün sonra hərbi qüvvələr sırasına daxil olmuşdur. Ancaq o, yeganə oğlu üçün daim narahat idi. Bu onun sağlamlığını sarsıdırdı. Görəsən o, haradadır? Təhlükəsizdirmi? Yoxsa vuruşmadadır? Yaralıdırmı? O, hey düşünür və iztirab çəkirdi.

Mən ondan: “bəs necə oldu ki, narahatçılıqdan azad ola bildiniz – deyə soruşduqda o, belə cavab verdi: “Mən məşğul idim.” Məlum oldu ki, hər şeydən əvvəl o, öz ev qulluqçusunu buraxmış və özü ev işlərini görməklə məşğul olmağa başlamışdı. Bu, ona çox da kömək etməyibmiş: “Çünki belədə mən öz ev işlərimi beynimi işlətmədən avtomatik yerinə yetirirdim. Buna görə də narahatçılığım yenə də davam edirdi. Yatağı düzəltdikdə, qab-qacağı yuduqda və s. dərk etdim ki, mənə başqa biçimli, hər saat, hər an konstruktiv olan zehni və fiziki işlə məşğul olmağım gərəkdir. Onda mən nəhəng, bir univermaqda satıcı işləməyə başladım.
“Bu mənə kömək etdi” – dedi. “Mən dərhal aktiv fəaliyyət burulğanına düşdüm: alıcılar daim ətrafımda dolaşır, əşyaların qiymətləri, rəngləri və ölçüləri haqda suallar verirdilər. Vəzifə borcumdan kənar heç bir məsələ haqda düşünməyə bir saniyə belə vaxtım olmurdu. Axşam olduqda isə ayaqlarımın ağrısından necə azad olmağım barədə düşünürdüm. Şam yeməyimdən dərhal sonra yerimə uzanır və ölü kimi səhərə qədər yatırdım. Narahat olmağa nə vaxtım, nə də qüvvəm var idi.”

O, Con Kuauper Pouisin “Xoşagəlməz halları unutmaq məharəti” adlı əsərində yazdığı anlamı kəşf etmişdi. “İnsan ona tapşırılmış işlərə qapıldığı zamanlarda keçirdiyi hansısa təhlükəsizlik hissləri nə qədər də xoşdur, hansısa dərin daxili rahatlıq, xoşbəxt yaşayış necə də əsəbləri sakitləşdirir.” Məhz bundadır bizim xoşbəxtliyimiz.
Dünya şöhrətli məşhur səyyah Oysa Conson bu yaxınlarda mənə özünün narahatçılıq və kədər hisslərindən necə azad olduğunu söyləmişdi. Ola bilər ki, siz onun həyat tarixini oxumusunuz. O, özü bunu belə adlandırmışdı: “Mən macəralarla doğmalaşmışam.” Doğrudan da, əgər qadınlardan kimsə macəralarla doğmalaşa bilibsə, bu, məhz onun özüdür. Martin Consona ərə getdikdə onun on altı yaşı vardı. Onu Martin Conson Kanzas ştatının Çanuta şəhərinin səkisindən götürüb Borneonun vəhşi cəngəlliklərinə gətirmişdi. Əsrin dörddə biri müddətində Kanzasda yaşamış bu ər-arvad Asiyada, Afrikada və bütün yer üzündə nəsilləri kəsilməkdə olan vəhşi heyvanlardan filmlər çəkməklə bütün dünyanı səyahət etdilər. Doqquz il bundan qabaq onlar Amerikaya qayıdaraq özlərinin mühazirələri və filmlərilə ölkəni dolaşmağa başladılar. Onlar Denverdən təyyarə ilə qalxaraq ölkənin sahilinə enməli idilər. Bu vaxt təyyarə dağa toxunaraq qəzaya uğradı. Martin Conson dərhal həlak olmuş, Oysaya isə həkimlər dedilər ki, o heç zaman yataqdan qalxa bilməyəcəkdir. Lakin onlar hələ Oysa Consonu yaxşı tanımırdılar. Üç aydan sonra artıq o, diyircəkli arabacıqda hərəkət edir və nəhəng auditoriyalarda məruzə oxuyurdu. Həqiqətən də o, bu qayda ilə diyircəkli arabadan qalxmadan yüzdən artıq məruzə oxumuşdu. Mən ondan soruşanda ki, niyə belə edirdin, Oysa cavabında dedi: “Mən belə edirdim ona görə ki, kədər və narahatçılığa vaxtım olmasın.
Oysa Conson Tennisonun yarım əsr bundan əvvəl mədh etdiyi və təriflədiyi həqiqəti aşkar etdi. “Mən özümü əmək fəaliyyətinə qərq etməliyəm.

Cənub qütbündə qalın buz zirehi ilə örtülmüş komada tamamilə tək-tənha yaşarkən admiral Berd də həmin həqiqəti kəşf etmişdi. Bu buz örtüyü naməlum, heybətli qitə təbiət sirlərini özündə gizlədir. Orada admiral Berd beş ay yalqız yaşadı. Təxminən yüz mil məsafədə heç bir canlı yox idi. Soyuq burada o qədər sərt idi ki, onun üzünə əsən soyuq küləyin şiddətindən nəfəs alan insan öz tənəffüsündəki rütubətin ani donmasından qopan səsləri belə eşidirdi. Admiral Berd “Tənha” adlı kitabında həmin o ürək parçalayan daimi zülmətdə keçirdiyi beş ay iztirablı və məşəqqətli vaxtlarından yazır. Orada gündüzlər də gecələr kimi zülmətdə keçir. O, dəli olmamaqdan ötrü məcbur idi ki, daim nə iləsə məşğul olsun.
O, belə deyirdi: “Axşamdan fənəri söndürməmişdən qazandığım adətim üzrə səhər görəcəyim işləri götür-qoy edir və planlaşdırırdım. Məsələn, yaşadığım kahanın xilas olunma tunelinin qardan təmizlənməsinə bir saat, əmələ gəlmiş qar yığınının hamarlanmasına yarım saat, yanacaq çəlləyinin qondarılmasına bir saat, tunelin buz divarlarında ərzağın saxlanılması üçün kitab rəflərinə oxşar oyuqların açılmasına bir saat, insanları daşımaq üçün istifadə olunan xizəyin sınmış taxtasının təmirinə iki saat vaxt ayırırdım.
Vaxtımın bu qaydada bölüşdürülməsinə imkanın yaranması mənim üçün son dərəcə önəmli idi. Bu, öz-özümə nəzarət etməyim üçün belə imkanın yaranması halı çox yaxşı idi. Bunsuz günlərim və həyatım məqsədsiz keçər və şəxsiyyətim tənəzzül etmiş olardı.

Bu ifadəyə bir də diqqət edək: “məqsədsiz yaşanılan həyat, bir qayda olaraq, şəxsiyyəti tənəzzülə gətirib çıxarır.” Əgər siz və mən nədənsə narahatıqsa, gəlin qədim dəbdə olan işləməklə müalicə üsulunu yada salaq. Harvarddan olan tibbi klinikanın professoru Riçard C.Kebot kimi nüfuz sahibi bu haqda belə söyləmişdir. O, özünün “Yaşanılan insan həyatı hansı mənanı kəsb edir” adlı kitabında yazır: “Gələcəyin həkimi tək mən də, əməyin çox insanları insani hissiyyatlar üzərində hakimlik edən şübhə, tərəddüd və qorxu hissləri səbəbindən yaranmış qəlbləri titrədən paraliçlərdən necə müalicə etdiyini şadlıq və zövq ilə izləyirəm!” Bizə mərdlik hissi aşılayan işimiz – bu elə Emirsonun əsrlərə tərif etdiyi həmin özümüzə olan inamımızdır.

Sonda bunu deyə bilərəm ki, narahatçılıq vərdişindən qurtarmaq üçün bu qaydaya əməl etsək hər şey xeyrimizə dəyişə bilər :
İşlə məşğul olun. Narahatçılıqdan əzab çəkən insan gərək iş içərisində itib-batmış olsun, iş içərisində gizlənsin, əks təqdirdə o, öz naümidliyindən sarsıla bilər.

#part 1 – Dream big, but stay realistic.

Həyatım boyuncadownload tanıdığım bütün insanlara təşəkkür edirəm. Kimisi gəlişi ilə, kimisi isə gedişi ilə həyatımı gözəlləşdirdiyi üçün onlara minnətdaram.
Hər zaman ətrafında sənin etdiyin hərəkəti bəyənməyən və dəstəkləməyən insanlar olacaq. Bu, adi haldır…  Evimizdən lazımsız əşyaları, beynimizdən lazımsız fikirləri, həyatımızdan isə lazımsız insanları çıxarmağı bacarmalıyıq.
Əgər işləriniz yolunda getmirsə, onda siz yolunuzu dəyişin.
Təcrübə həyatın ən yaxşı müəllimidir. Hər şeyi asan dildə izah edən, lakin qarşılığında çox məvacib tələb edən bir müəllim. Əgər bir səhvi düzəltmək mümkündürsə, demək ki, sən hələ heç bir səhv etməmisən. Kimsə səni danladıqda, səndən incidikdə və ya sənə hirsləndikdə, əsla ona bənzər hisslərlə qarşılıq vermə. Əksinə, bütün bunların qarşılığında həmin insanlara müsbət enerji bəxş et. Yaşadığın həyat səni qane etməyənə və bu həyatdan istədiyini almayana qədər geri çəkilmə.

Ayağın dırmığa dəyəndə büdrəyib özünü itirmək əvəzinə onun üzərində asanlıqla dayanmağı, hətta rəqs etməyi öyrən. p.s. mənim kimi 😉

Məncə gənc qalmağın və ya daha sakit ,hüzurlu həyatın sirri: ən kiçik şeylərə belə sevinmək vəverdiyin dəyərə layiq olmayan heç bir insan üçün özünüzü fəda etməyə dəyməz.

Bezen..

Bezen etrafa baxmaliyiq, bir az başimizi qaldirmaliyiq. Heyat- gorduklerimizden ibaret deyil. Heyat- gorduklerimiz ve gormediklerimizden ibaretdir.
Eger oldugun yer sene xo. deyilse bu senin sehvindi , sehvi kimlerdese axtarma. Eger istemirsense deyiş,  yerini deyiş. Olmaq istediyin kimi ol. Heyat menasizdir, artiq yaşamagin menasi yoxdur,  mennem ne,  boş-boş ergen sohbetlerindese sene nece xoşdusa ele yaşa. Amma yaşayanda da tekce bu gunu duşunme,  bir az gelecek barede duşun. Geleceyi elbettedi ozumuz getiririk. Caliş ozunde olmaq istediyin şeyide ele qur ki, geleceyi mehv etmesin.
Niye bele yazdigimi ve duşunce sebebimi bilmirem. Amma hemişə besit duşunende bu dediklerimi ve hemişe etmek istediklerime ozume 2 ci şexs olaraq deyirem. Neyse))  be #positive )) #smile #paradise))

Xowuma gelen nahninin sozlerini copypaste edecem ))

Giderek acı vermez

Alışır hissetmez 
Yüreğin yorgun
Yolun uzun

Yaşlı düşlerin
Uyuşurken için
Tutuşur her hayalin
Büyümek derler
Deler geçer
Yıllara gücün yetermi

Yetmez canını yakarlar
Yetmez dahası var
Dört başın alır asil dokun
Onlardan ol seni alkışlarlar

Yetmez seni yakalarlar
Yetmez kanadını koparırlar
Öylece dur inatçı gurur
Aslında bu işte bir yalnızlıklık var

Bir ağaç kadar hürsün
Toprağına sürgün
Yarına kırgın
Düne yakın
Paslı sözlerin
Kalbine kırgınsan
Sana mecun derler

Sevmeyi sorsan ne bilirler
Hasrete öncül yeter mi

Yetmez canını yakarlar
Yetmez dahası var
Dört başın alır asil dokun
Onlardan ol seni alkışlarlar

Yetmez seni yakalarlar
Yetmez kanadını koparırlar
Öylece dur inatçı gurur
Aslında bu işte bir yalnızlıklık var

Öylece dur inatçı gurur
Aslına bu işte bir yalnızlıklık var

Leonardo da Vinçi – Doğum tarixi:15 aprel 1452-ci il Vəfatı:2 may 1519-cu il (67 yaşında)

Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452 – 2 may, 1519) — Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan “Universal İnsan” (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi.

O, Messer Pyero adlı hüquq məsləhətçisi və Katrina adlı sadə kəndli qızının nigahdankənar övladı olaraq İtaliyanın Florensiya şəhərində dünyaya göz açmışdır. Əlyazmalar elminin sirlərini Verokkiya adlı alimdən öyrənən da Vinçi tezliklə bu sahədə müəllimini üstələyir. Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cl ildə Fransa kralı İ Françiskadan dəvət alır və Fransaya köçərək ömürünün sonun qədər burada yaşayıb yaradır.

“İntibah insan”ın prototipi kimi hamının yaxşı tanıdığı da Vinçinin elmə olan sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcıliq istedadı Avropa İntibahının əsas hərəkətverici qövvəsinə çevrilir. Bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunur.

Da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza  Mona_Lisa,_by_Leonardo_da_Vinci,_from_C2RMF_retouchedportreti və Sonuncu Şam Leonardo_da_Vinci_-_The_Last_Supper_high_resəsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı Adəmin Yaradılışı əsəri350px-Creation_of_Adam bu iki əsərə bərabər tutulur. Da Vinçinin yaratdığı Vitruvian İnsan əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.

Təəsüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynamışdır.

Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcıyi, olduqca mürəkkəb ixtiralar etmişdir. Onun vertolyot, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürrəkkəb texnologiyaları hələ XVİ əsrdə konsepyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir. Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti sağlığında nəinki həyata keçirilmiş, hətta müasirləri tərəfindən qavranıla belə bilinməmişdir.

Da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilmiş və bu elmlərin inkişafına böyük töhfələr vermişdir.

Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə ötən gün Kanadanın “National Library and Archives”-də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib.

Da Vinçini tədqiqatı ilə məşğul olan tədqiqatçı Louis Buff Parry mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub.

Da Vinçinin anası “Katerina” adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Atası Piero Fruosina isə notariusda çalışıb. Onun valideynlərinin heç biri evli olmayıb.

Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu sübut ediləcək.

Parry mühazirdə “Leonardo Da Vinçi və onun anası Katerinanın Şərqi sirləri” başlıqlı olduqca mühüm materiallar təqdim edib.

Qeyd edək ki, Leanardo Da Vinçinin tədqiqatları hələ də davam etdirilir.

#BlackJanuary

300px-The_tragedy_of_January_20In December 1989, Azerbaijanis living in regions bordering Iran ripped down border fences, demanding closer ties with ethnic Azerbaijanis living in Iran. The local authorities in Jalilabad surrendered to rioters, turning over administration to the Popular Front of Azerbaijan. This was followed by a non-violent turnover of the Lankaran administration to the Popular Front two weeks later. On January 9, 1990, the Supreme Soviet of the Armenian SSR voted to include Nagorno-Karabakh in its budget and allowed its inhabitants to vote in Armenian elections, thus disregarding Soviet authority and Azerbaijani jurisdiction and causing rage throughout Azerbaijan. This led to demonstrations which demanded the ousting of Azerbaijani communist officials and called for independence from the Soviet Union. Their rhetoric was, according to a Human Rights Watch report, “heavily anti-Armenian”. On January 12, the Popular Front organised a national defence committee with branches in factories and offices in Baku to mobilise people for battle with Armenians. The invasion of the Soviet Army in Baku. 20 January 1990. Local Azerbaijani authorities were unable to restore order because of internal quarreling and divisions that paralyzed their ability to act. Azerbaijani authorities also ordered the 12,000-strong Interior Ministry troops to abstain from intervening in the Baku riots and numerous Soviet army and fleet units of the Baku garrison and Caspian Flotilla did not intervene to stop the riots, claiming that they had no orders from Moscow authorities. On 13 January, massive anti-Armenian pogroms started which resulted in ninety deaths, while thousands fled or were evacuated by the Soviet military. On January 15, the authorities declared states of emergency in other parts of Azerbaijan (but not in Baku). At the same time, fearing an intervention of the central Soviet authorities, Popular Front activists began a blockade of military barracks. They had already taken de facto control in a number of Azerbaijani regions. On January 18, the Popular Front ordered supporters to barricade the main access routes into Baku using hundreds of cars, trucks and buses. The next day, Soviet authorities evacuated its representatives and local officials, moving them to military command posts in the outskirts of the city where Soviet Minister of Defence Dmitry Yazov and Interior Minister Vadim Bakatin were positioned. On 19 January, the Presidium of the Supreme Soviet of the USSR approved the decree signed by M. Gorbachev, introducing state of emergency in Baku and some other places in the Azerbaijani SSR. The decree stated: ″In connection with dramatic escalation of the situation in the city of Baku, attempts of criminal extremist forces to remove from power by organizing mass unrest legally acting state authorities and in the interests of the protection and security of citizens, the Presidium of the Supreme Soviet of the USSR, guided by point 14 of the article 119 of the Constitution of the USSR, decrees: To declare since 20 January 1990 state of emergency in the city of Baku, by extending to its territory the effect of the Decree of the Presidium of the Supreme Soviet of the USSR from 15 January 1990.″ The decree contravened legal acts in force at the time, which provided that the Presidium of the Supreme Soviet of the AzSSR would have to turn to the central government with the relevant plea. Late at night on January 19, 1990, after demolition of the central television station and termination of phone and radio lines by Soviet special forces, 26,000 Soviet troops entered Baku, smashing through the barricades in order to crush the Popular Front. As claimed by Mikhail Gorbachev, gunmen of the Azerbaijani National Front opened fire on the soldiers; however, findings of the Moscow-based non-governmental organisation Shield found no evidence of “armed combatants of Azerbaijani Popular Front”, which was used as a motive to crush the civilian population on January 20. The independent Shield organisation which consists of a group of lawyers and officers in reserve, observed human rights violations in the army and its military operations, concluded that the army waged a war on its civilians and demanded to start a criminal investigation against the Minister of Defence, Dmitry Yazov, who had personally led the operation. The Azerbaijani Interior Ministry officials helped Popular Front activists in stirring disorder by providing them with weapons, technical facilities, and informing them about the movement of army units. The troops attacked the protesters, firing into the crowds. The shooting continued for three days. They acted pursuant to a state of emergency, which continued for more than four months afterward, declared by the Presidium of the Supreme Soviet of the USSR, signed by President Mikhail Gorbachev. The state of emergency was, however, disclosed to the Azerbaijani public only several hours after the beginning of the offensive, when many citizens already lay dead or wounded in the streets, hospitals and morgues of Baku. Almost the whole population of Baku turned out to bury the dead on the third day, January 22. For another 40 days, the country stayed away from work as a sign of mourning and mass protest. http://en.wikipedia.org/wiki/Black_January

#BlackJanuary  #Event #Azerbaijan #SovietArmy #QaraYanvar #AzerbaijanSSR

 

..hərdən olur

..hərdən olur..yuxudan durursan və hiss edirsən ki, dünən axşam çox gözəl bir yuxu görmüsən..və əminsən ki,həmin yuxuda çox xoşbəxt idin..amma heç cürə xatırlaya bilmirsən..hərdən olur..yanından keçən birinin anlıq təbəssümündə öz xoşbəxtliyini görürsən..o elə gözəl gülür ki..qeyri adi əminliklə sənə məlum olur ki,əgər sən həmin insanın həyatında olsaydın ən xoşbəxt insanlardan olardın…hərdən olur ..bir musiqi eşidirsən..uzun bir yol gedərkən..bilirsən ki,bu musiqini daha əvvəl dəfələrlə eşitmisən,amma bu indi daha doğma və gözəl səslənir..hərdən olur..eyni şeylər təkrarlanır,bilirsən ki,bunu daha əvvəl yaşamısan..nə qədər qəribə olsa da sən bilirsən ki,növbəti addım nə olacaq,bu hadisədən sonra nə baş verəcək…dejavu deyirlər buna..heç cürə məntiqə sığmır,anlaya bilmirsən,amma maraqlı gəlir..hərdən olur..mağazada bir paltar və ya ayaqqabı görürsən amma almırsan..başqa bir gün onu başqasında görüb almadığın üçün peşman olursan..amma bilirsən ki,alsan da istifadə etməyəcəkdin…hərdən olur ..illər əvvəl itirdiyin biri üçün dəli kimi darıxırsan ..amma bilirsən ki,yanına qayıtsa yenə hər şey bitəcəkdi və sən yenə onu itirəcəkdin..onsuz da alınmayacaqdı..hərdən olur..oturub saatlarla eyni insanın üzünə baxmaq keçir içindən..onun bütün cizgilərini əzbərləmək,baxışlarındaki hər incə ifadəni içinə çəkmək istyirsən..amma bilirsən ki,yanında olsa bir neçə saniyədən çox üzünə baxmağa cəsarətin çatmaz..yazdıqlarımı səhərə qədər davam edə bilərəm..içimizdən keçənləri..yaşamaq istədiklərimizin və yaşamağa məcbur olduqlarımızın fərqliliklərini..sən,mən,biz..hamımız.. bir çox şeyi bilirik,çox gözəl bilirik..amma daha çox şeyin fərqindəyik..

Xoşbəxtlik üçün

1. Gündəlik etdiyiniz işləri bir az azaldın. Həyatın arxasınca qaçmaq yerinə bu günü və anın dadını çıxarın. Çünki günü mənalı edən də məhz, anı yaxşı yaşamaqdır.

2. Risklər etməkdən çəkinməyin. Hər yeniliyin və riskin başında çətinliklər qarşılaşmağa hazır olun və bundan qətiyyən qorxmayın.

3. Xəyal qurmaqdan bezməyin. Əvvəlki illərdə gerçəkləşən xəyallarınızı düşünün. Gec ya da tez hər şey yaxşı olacaq. Ümidinizi itirməyin.

4. Hər bir işdə yaxşı olmağa və uğur əldə etməyə çalışın. Yaxşı və xeyirxah insanları hamı sevir. Bu duyğu sizi yaxşı hiss etdirəcək.

5. İstədiyiniz hər şeyin sizdən asılı olduğunu unutmayın. Buna görə hər şeydən əlavə özünüzə zaman ayırın. Bol-bol deyin və gülün. Unutmayın, gülmək həm də insanları cavanlaşdırır. Dəyərinizi bilin. Beləliklə ətrafdakı insanlar sizi sevib və hörmət edəcək.

6. Öz üzərinizdə işləyin. Nə istədiyinizə və nə hiss etdiyinizə qərar verin. Özünüzü başa düşmədikcə insanlarla ünsiyyət qurmaq çətin olacaq.

7. Ətrafdakı insanların fikrinə hörmət göstərin. Həyatınızı nəzarət altında saxlmağa çalışın. Yuxu və düzgün qidalanmaya diqqət edin. Hər şeyin çoxu və azı zərərlidir. Balansı tutmağı öyrənin.

8. Mövcud olan şərtlər, bacarığınız və reallıqla arzularınız bir daha nəzərdən keçirin. Bacarığınız xaricində olan arzularınızı dəyişdirin.

9. Xırda uğurlarınızı qeyd edin. Hər gündən zövq almağı bacarın. Hərdən səyahət edin.

10. Həyatı ancaq nələrəsiəqazanmaq üçün yaşamayın. Yaşamalı olduğunuz üçün yaşayın. Buna görə də olmaq istədiyiniz insan kimi deyil, olduğunuz insan kimi yaşayın.

11. Sevilməyin sevincini yaşayın.